Əmtə çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Əmtə çayı Don çayının hövzəsinə daxil olan Curyuk-Sal çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 39 km, hövzəsinin sahəsi isə 570 km² təşkil edir. Çayın mailliliyi 1.4 m/km təşkil edir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 110 metr, mənsəbinin hündürlüyü isə 56 metrdir. Çay sistemi: Əmtə → Curak-Sal → Sal → Don.
Əmtə çayı | |
---|---|
rus. Амта kalm. Әмтә | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 110 m |
Mənsəbi | Don çayı |
• Yüksəkliyi | 56[1] |
Uzunluğu | 39 km |
Hövzəsinin sahəsi | 570 km² |
DSR[ru] | 05010500112107000015209 |
Rostov vilayətində Böyük Əmtə adlı axar vardır. Bu axar Malaya Kuberle çayının sol qolunu təşkil edir[2]
«Rostov vilayətinin təbiəti» adlə dərgidə 1940-ci ildə Yamta çayı olaraq adlandırılır.
Böyük ehtimal ki, çayın adı kalm. Әмтә sözündən əmələ gəmişdir. Mənası canlıdır[3]
Çay başlanğıcını Erqeniya ərazisindən götürür. İki axarın birləşmədindən meydana gəlir:Oboroçnaya və Obruşina. Bütün axarı boyunca qərb-şimal-qərb istiqamətində axır. Aşağı axarlarda iri yaşayış məntəqəsi olan Zavetnoedən axır. Sal çayına sol istiqamətdən tökülür. Mənsəbinə yaxın ərazidəFrunze xutoru yerləşir.
Çay Rostov vilayətinin Zavetinski rayonu ərazisindən axır.
Praktiki olaraq Əmtə çayının bürün hövzəsi Rostov vilayətinin Zavetinski rayonu ərazisində yerləşir. Az bir qismi isə Kalmıkiya ərazisində yerləşir.