Əmzik xüsusilə ağlayan körpələri sakitləşdirmək üçün istifadə edilən bir vasitədir. Mənşə etibarı ilə Azərbaycan dilindəki əmmək/əmizdirmək felindən yaradılmış isimdir.
Min illər əvvəl Misirdə daxili bal ilə doldurulmuş kiçik gil fiqurlar körpələri sakitləşdirmək üçün istifadə olunurdu. Bu fiqurlar bu gün istifadə edilən əmzik və butulkaların əcdadları hesab edilir. Baş barmağı əmmə çənə strukturunu poza biləcəyi üçün 1949-cu ildə ortodont Vilhelm Balters və diş həkimi Adolf Müller çənə strukturuna müvafiq gələn ilk təbii əmzik istehsal etmişdirlər.
Əmzik döş giləsini təqlid edən bir struktura malikdir. Bu gün silikon və rezindən hazırlanan əmziklər damaqlı və damaqsız olmaq etibarı ilə iki növdə olurlar. Silikon əmziklər xüsusilə diş çıxarmayan körpələr üçün tövsiyə olunurlar, çünki onlar diş təsirinə davamlı deyildirlər. Silikon əmziklər asanlıqla qırılmırlar. Diş zərbələrinə davamlı olan rezin əmziklər isə ağız suyunu özünə çəkdiyi üçün bir müddət sonra deformasiyaya uğrayırlar. Əmzik adı əmziyin əsasını körpənin əmziyi udmasına mane olan hissəsinə verilən addır. Bu plastik hissə burun dəliklərini bağlamayacaq şəkildə hazırlanır və havanın keçməsi üçün deşiklərə malikdir.
Damaqsız əmziklər məmə formasına oxşayırlar.
Körpənin təbii əmmə instinktini təmin edir və ona təhlükəsizlik hissi verir. Əmmə hərəkəti körpə üçün məmnunluq mənbəyidir, çünki doğuşdan sonrakı həftələrdə körpənin reflekslərindən bir də əmmə refleksidir. Əmzik sayəsində gərginliyi aradan qalxır, sakitləşir və daha asan yuxuya gedir. Bəzi ekspertlər əmziklərin körpənin əlləri ilə bəzi bacarıqlarını inkişaf etdirməsinə də kömək etdiyi fikrini irəli sürürlər. Körpə əmziyi ağızından salıb itirərkən, onu beşiyinin və ya çarpayısının ətrafında əlləri ilə axtarıb tapır və yenidən ağzına qoyur ki, bu da körpələrdə müəyyən instinklərin formalaşmasına səbəb olur.
Damaqsız əmziklər damağa təzyiq göstərərək damağın strukturunu pozduğundan dişlərin əyri çıxmasına səbəb olur. Əmzikdən uzun müddət istifadə qulaqda infeksiyaya və diş strukturunun pozulmasına səbəb ola bilər. Çatlamış dodaqlar da əlavə effektlərdən ola bilər.