Əndərunlu Fazil

Osmanlı İmperiyasında qadağan edilərək, nüsxələri toplanan ilk əsər olan Zənənnamənin bir nüsxəsi.

Əndərunlu Fazil (türk. Enderûnlu Fâzıl) - XVIII əsrdə yaşamış osmanlı divan şairlərindən biri. Əndərun məktəbində təhsil aldığı üçün özünə Əndərunlu təxəllüsünü götürmüşdür. Osmanlı İmperiyasında qadağan edilərək əsərləri toplanan ilk şair olaraq tarixə keçmişdir. Əndərunlu Fazilin Zənənənnamə (qadınlar kitabı) əxlaqsız məzmun səbəbi ilə oxunması qadağan edilmişdir. Əndərunlu Fazil homoseksual olduğunu açıq şəkildə etiraf edən və bununla fəxr edən ilk şərq şairi hesab edilir. Qadınlarla qurduğu münasibətlərdən heç bir zövq almadığını təkrarlamış və yazdığı şeirlərdə əsasən cinsəllik mövzularında olan məsələlərdən yazmağa üstünlük vermişdir. Müxtəlif təbəqədən olan gənc oğlanlarla yaşadığı münasibətləri və hisslərini açıq şəkildə qələmə alan Əndərunlu Fazilin bu misraları onu çox məhşurlaşdırmışdır:

" Şairiz, şeyn verir şânımıza / Giremez fâhişe divânımıza. "

Şair bu ifadələrlə şair olduğunu və cinsəllik baxımından fahişə olaraq adlandırdığı qadınların oğlanlarla onun arasına girə bilməyəcəklərinə işarə etmişdir. Əndərunlu Fazilin günümüzə qədər gəlib çatmış beş əsəri mövcuddur:

  • Defter-i Aşk / دفتر عشق - şair, başına gəlmiş hadisəni nəql etməkdədir. Əsər Fazilin saraya qəbul edilməsi, gənc saray nümayəndələrinə qarşı sevgi hissi keçirməsini və vəziyyətin müəyyənləşməsindən sonra saraydan qovulmasına qədər davam edən dövrü özündə ehtifa edir. Defter-i Aşk əsərində eyni zamanda Əndərunlu Fazıl qaraçı tayfasından olan bir gənclə olan sevgi macərasından da bəhs etməkdədir.
  • Hûban-nâme / خوباننامه - Gözəl Oğlanlar kitabı - dünyanın müxtəlif yerlərindən İstanbula gətirilmiş gənc oğlanların (əsasən qul) fiziki və xarici görkəmlərindən bəhs edilir. Sevgilisinin digər ölkələrdə yaşayan gənc oğlanlar barədə də öyrənmək istəyi nəticəsində yazılmış bir əsərdir.
  • Zenannâme / زناننامه - ingilis və rus qadınların biri-birindən fərqləndirən əsas cinsəl fərqlikliklərdən danışılır. İstanbulda yerləşən qadın hamamları barədə məlumatlar verilir. Hamamlarda qadınlar arasında yaşanan davalar və İstanbulun hər təbəqəsindən qadınların gündəlik yaşamı barədə zəngin məlumatlar mövcuddur.
  • Çengi-nâme / چنگينامه - İstanbul şəhərində yaşayan mütrüblərin gündəlik həyat və fəaliyyətlərindən söz açılır. Əsər digər bir adı ilə Rakkâsnâme olaraq adlandırılır.
  • Divan / ديوان - Dini şeirlər, dönəmin tanınmış şəxslərinə yazılmış məthlər və yenə də Əndərunlu Fazilin yaradıcılığının əsasını təşkil edən dönəmin yarışıqlı oğlanlarının şərəfinə yazılmış çoxlu sayda qəzəllər vardır. Fazil bu əsərində özünə xas üslub formalaşdıraraq, bu günə qədər bu sahədə yazmış şairlərdən fərqli, bəzi ifadələri açıq şəkildə dilə gətirmiş, onlara hər hansısa başqa mənalar verməkdən qaçınmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Enderunlu Fazil. In: Türkiye Diyanet Vakfi Ansiklopedisi Islam. 11 TDV Yayını, Istanbul 1995 (in Turkish).
  • JH Mordtmann: Fadil Bey. In: The Encyclopaedia of Islam. New Edition. 2 Brill, Leiden, p. 727 s. (In English).