Əndican üsyanı

Əndican üsyanıözbək xalqının çarizmin müstəmləkə zülmünə qarşı milli azadlıq hərəkatı.

Əndican üsyanı
Ümumi məlumatlar
40°47′00″ şm. e. 72°20′00″ ş. u.HGYO

Üsyan 1898-ci il mayın 17-də Əndican qəzasının Mintəpə kəndində başlandı. Üsyanın başçısı Mədali işan Osmanlı sultanı ilə əlaqə yaratmışdı. Üsyan başçıları üsyanı bütün Orta Asiyaya yaymaq, əvvəlki qaydalarını bərpa etmək istəyirdilər. Əsasən, soyuq silahla silahlanmış 2 min nəfərə yaxın üsyançının mayın 18-də Əndican şəhərindəki qarnizona hücumu uğursuzluqla nəticələndi. Hərəkat tezliklə və amansızlıqla yatırıldı. 383 nəfər mühakimə olundu. Onlardan 18 nəfəri o cümlədən Mədali işan edam olundu, qalanları katorqaya və sürgünə göndərildi. Üsyanın məğlubiyyətinin başlıca səbəbləri kifayət qədər hazırlığın olmaması idi. Lakin üsyan Türküstan xalqlarının milli azadlıq hərəkatının daha da güclənməsinə kömək etdi.