Əndican hadisələri — 12–14 may 2005, Özbəkistanın Əndican şəhərində baş vermiş 187(rəsmi)— 600(xarici müşahidəçilər)—1500(keçmiş MTX cəsusunun etirafı) nəfərin ölümüylə nəticələnən kütləvi qırğındır.
Əndican hadisələri | |
---|---|
Tarix | 13 may 2005 |
Ümumi itkilər | |
|
|
360 min nəfərin yaşadığı Əndican Fərqanə vadisində — Qırğızıstanla sərhədin cəmi 30 kilometrliyində yerləşir.Xalq bölgədə 90-cı illərdən bəri davam edən yoxsulluq, korrupsiya, repressiyalar və bərbad iqtisadi vəziyyətdən bezmiş vəziyyətdədir.Hadisələrin qığılcımı isə bir qrup biznesmenin şübhəli həbsi olur.
Beləliklə, 10 may tarixindən nümayişlər başlayır.(~5000nəfər) 12may gecəsi silahlı şəxslər, bir müddət əvvəl şübhəli şəkildə həbs edilən 23 biznesmenin tutulduğu həbsxanaya hücum edib, 100-lərlə məhbusu azad edirlər. Daha sonra bölgədəki bir çox hökumət binalarını zəbt edib, İslam Kərimovun istefasını tələb edirlər.(Həmin vaxt Qırğızıstanda baş vermiş rəngli inqilabdan ilhamlanaraq). Amma mayın 12-nə qədər etiraz aksiyası ümumiyyətlə dinc idi, orada silahlı adamlar iştirak etmirdilər. Hələ də aydın deyil ki, həmin gecə basqında iştirak edən silahlı adamlar kimlər idi.
Mitinqçilərin terrorist və islami ekstrimistlər olduğunu deyərək, prezident İslam Kərimovun əmrilə (dəqiq deyil), Milli Təhlükəsizlik Xidmətinin (SNB) qüvvələri, tanklar və helikopterlərdən də istifadə edərək, uşaq-qadın fərq qoymadan xalqa atəş açır.Politoloqların fikrincə hadisələrin səbəblərindən biri də Daşkənd-Fərqanə klanı ilə Səmərqənd klanı arasında hökumət daxili mübarizə olub.[1]
1) Qırğından sonra kütləvi məzarlıqlar tapılsa da hökumət inkar edib.
2) 15 biznesmen sonradan yenə həbsə düşsə də, qalanları hazırda qərb ölkələrinin vətəndaşlarıdır.