Ənvər Bariyev

Ənvər Rza oğlu Barıyev (2 oktyabr 1964, Əli-Bayramlı) 2 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur. O, 1985-ci ildə SSRİ DİN-in Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə İdarəsində mühəndis işləmişdir. Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-in Ali Mühəndis Yanğınsöndürmə Texniki Məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991–1996-cı illərdə Belorusiya DİN Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsinin Respublika Praktiki Mərkəzində baş elmi işçi, sonra rəis müavini işləmişdir. 1996-cı ildə ona böyük etimad göstərilir. Ə. Bariyev MDB üzrə Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən istedadlı həmyerlimiz Belorusiya Respublikası fövqəladə hallar nazirinin 1-ci müavini təyin edilir. O, 29 dekabr 2004-cü ildə isə fövqəladə hallar naziri vəzifəsini icra edir. Ə. Bariyev 22 mart 2005-ci ildən — 2011-ci ilə kimi Belorusiya fövqəladə hallar naziri işləmişdir.

Ənvər Bariyev
belar. Энвер Рызаевіч Барыеў
Doğum tarixi 2 oktyabr 1964(1964-10-02) (60 yaş)
Doğum yeri
Fəaliyyəti dövlət qulluqçusu, diplomat