Ənvər Xosaxan oğlu Nəciyev (1974, Lerik rayonu – 1994, Tərtər) — Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur.
Ənvər Nəciyev | |
---|---|
Ənvər Xosaxan oğlu Nəciyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik |
Vəfat tarixi | |
Vəfat yeri | Tərtər |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lerik |
Dəfn tarixi | 06.05.1994 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xosaxan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Qoşun növü | Azərbaycan ordusu |
Xidmət illəri | 1990-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
• Ağdam döyüşləri • Tərtər döyüşləri |
1974-cü ildə Lerik rayonunun Bırkandül kəndində anadan olub. [1]
1980-ci ildə Bırkandül kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1988-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib, təhsilinin yarım qalan hissəsini Vistən kənd orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Altay vilayətinə gedib, orada İnşaat İnsitutuna daxil olur. Qarabağ savaşı başlandığından təhsilini yarımçıq qoyaraq vətənə qayıdır və Milli ordu sıralarına qoşulur.[2]
Ənvər Ağdam uğrunda gedən döyüşlərdə iştirak edir. Daha sonra 1994-cü ilin aprel ayının sonlarında Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olur. Onun cənazəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndinə, 06 may 1994-cü ildə isə doğulduğu kəndə gətirilərək torpağa tapşırılır.Ölümündən sonra şəhidin adı əbədiləşdirilir, Vistən kənd orta məktəbinə Nəciyev Ənvər Xosaxan oğlunun adı verilir.