Ənvər Quliyev (Quliyev Ənvər Məmmədqulu oğlu; 28 iyun 1943, Azərbaycan) — Tibb elmləri doktoru, professor. Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi direktoru.
Ənvər Quliyev | |
---|---|
Quliyev Ənvər Məmmədqulu oğlu | |
Doğum tarixi | 28 iyun 1943 (81 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Quliyev Ənvər Məmmədqulu oğlu 1943-cü il iyunun 28-də Azərbaycan Respublikasında anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra həmin universitetin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. 1977–1979-cu illərdə Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun insanın sitogenetikası laboratoriyasının baş elmi işçisi olub. 1979–1980-ci illərdə Ə. Quliyev Ümumdünya Səhiyyə Təşkilatının (Cenevrə) qeyri-yoluxucu xəstəliklər şöbəsində məsləhətçi olub. 1980–1986-cı illərdə Ümumdünya Səhiyyə Təşkilatının irsi xəstəliklər proqramının rəhbəri olub. 1986–1990-cı illərdə SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Genetika İnstitutunun prenatal diaqnostika şöbəsinin müdiri olub. 1990-cı ildən bu günə qədər Çikaqo Reproduktiv Genetika İnstitutunun elmi işlər üzrə direktorudur.[1]