Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Reklam araşdırmaları jurnalı"na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir. Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir.
Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil.
"Business İnsider" əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır[1][2]. Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır. Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar.
Ərəb dünyasında reklamların hamısının müsəlman stereotipləri ilə uyğunlaşmamasına baxmayaraq, onların içərisində uyğunlaşanlar da vardır[3]. Reklamlarda tez-tez insanların ənənəvi geyimlərində olmaları və ya islam və ya yerli bayram ilə uyğunlaşmaları çəkilir[4]. Məsələn, reklamlardan birində Ramazan ayında oruc tutmuş bir insanın əlində sendviç tutaraq, reklam olunan restoranın qidasını göstərir. Bəzi hallarda, reklam ənənəvi islam dəyərlərini daha proqressiv şəraitdə göstərməyə çalışır. Bu səbəbdən də xırda biznes sahibləri eyni zamanda mədəni dəyərləri dərindən araşdırmadan ölkələrə uyğun reklam nümayiş etdirməlidir. Digər ölkələrdə olduğu kimi, Ərəb ölkələrində də reklam humanitar səylərin dəstəyi ilə çəkilir[5]. Körfəz Xəbərlərin məlumatına görə Orta Şərq üçün PepsiCo`s reklam strategiyası ictimai xeyriyyəçiləri, həmçinin eyni zamanda təqaüd proqramlarını dəstəyini özündə birləşdirir. Digər ölkələrdə olduğu kimi, ərəb dünyasının ölkələrində də reklam agentlikləri fəaliyyət göstərir. Ölkələr üzrə bir sıra reklam agentliklərini nəzərdən keçirək[6]. Bəhreynin reklam agentliklərinə Aida Advertising, Al-Waragoon, Brand Associates, Consept Advertising and Marketing, DDB Bahrain, Fortune Promoseven, Gulf Saatchi and Saatchi, İnfomedia advertising, İntermarkets, MediaZone – Advertising and Marketing və s. reklam şirkət və agentlikləri vardır[7].