Ərəb atı

Ərəb atı — insan tərəfindən yaradılan çox qədim at cinslərindən biridir. Ərəb atının vətəni Ərəbistan yarımadasıdır.

Ərəb atı
الحِصَانُ العَرَبِيُّ
Ölçüləri hündürlüyü 153,4 sm,
döş qucumu 178,9 sm,
incik qucumunun çevrəsi 19,9 sm
Yaranma tarixi IV—VII əsrlər
Yetişdirildiyi yer Ərəbistan yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cins ərəb atı — ən qədim minik atı cinslərindən biri. 7 əsrdə ərəb istilaları zamanı Ərəbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta əsrlərdə gətirilmişdir. Qiymətli minik (cins minik atı, Terek atı) və löhrəm yerişli (Orlov löhrəmi) cinslərinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150–160 sm), zərif skeletli (bilək qucumu 18–20 sm) və bərk əzələlidir. Rəngi, əsasən, kürən, kəhər, bozdur. Məhsuldarlığı yüksəkdir. 3 yaşından müxtəlif at idmanı növlərində istifadə edilir. Hərəkəti gözəldir. Az tələbkardır, uzun məsafələrə (100–160 km) qaçışda dözümlüdür. Müasir Ərəb atının cəldliyi 1000 m-də 1 dəq. 5,4 san, 10.000 m-də 15 dəq. 25 san-dir. Damazlıq işi sürətin və 4 cinsdaxili tipin təkmilləşməsinə yönəldilmişdir. Ərəb atı Ümumdünya ərəb atıçılıq təşkilatına (World Arabian Horse Orqanization) daxil olan 70 ölkədə yetişdirilir. Bəzi ölkələrdə başqa minik atları cinslərinin (Budyonnı atı, Don atı və digər) keyfiyyətinin yaxşılaşdırılmasında Ərəb atından istifadə olunur.

AsiyaAvropada müxtəlif at cinslərinin yaradılmasında Ərəb atının çox böyük rolu vardır. Xüsusən Orlov at cinsinin yaradılmasında xüsusi rolu olmuşdur. Çox təsadüf edilən rəngi boz, kəhər və qızılı-parlaq kürəndir. Ərəb atı orta boylu, enli və dərin gövdəli, quru ətraflara malik bir atdır. Ərəb atı yüksək iş qabiliyyətinə malikdir. Təmizqanli minik atı yaradılana qədər, o sürətinə görə dünyada birinci yeri tuturdu. Hazıra isə qısa məsafələrdə ikinci yer tutduğu halda, uzaq məsafələrdə yenə də birinciliyi özündə saxlayır.

Qədim tarixi kitablarda Ərəb atının bizim eradan 1500 il əvvəl Ərəbistan yarımadasında yaradılması qeyd edilir.

  • Ərəb atı gözəl xarici görünüşə malikdir. Onun əsas xüsusiyyətləri belədir:
  • başı kiçik;
  • alnı enli;
  • profili düz və ya bir qədər batıq;
  • gözləri iri və hərəkətli;
  • burun dəlikləri enli;
  • boynu orta uzunluqda və enli;
  • cidovu orta;
  • ayaqları nazik;
  • dalı düz;
  • beli enli, gödək;
  • sağrısı enli, azca maili;
  • qabaq ətrafı düzgün duruşlu;
  • dal ətrafı bəzən azca qılıncvari;
  • dırnağı kiçik və möhkəm;
  • dərisi nazik, tükləri incə və parlaqdır.

Cidov hündürlüyü ayğırlarda 150,8 sm, madyanlarda isə 148,9 sm-ə bərabərdir. Rekordçular iki yaşında 1200 metr məsafəni 1 dəqiqə 18 saniyəyə qət etmişdir. 3 yaşında isə 200 metr məsafəni 3dəqiqə 52 saniyəyə qət etmişdir. Ən yaxşı sürəti 1600 metr məsafəyə 1 dəq. 50 san. (Skala), 300 metrə isə 3 dəq. 29,4 san-dir (Sputnik). Uzaq məsafəli yürüşlərdə ərəb atı yüksək iş qabiliyyətli və davamlıdır. Bu atlar 644 km. məsafəni 5 sutkaya getmişdir.

Azərbaycanda dilboz atı cinsinin yaradılmasında Ərəb at cinsinin ayğırlarından istifadə olunmuşdur.

Ərəb Atı İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]