Ərəb bazarı (Köhnə şəhər) — Suq Əl-Bazar kimi də tanınır. Qüdsün Köhnə Şəhərində təxminən 400.000 m2 ərazini əhatə edən böyük bazardır. Təxminən 800 tacir, əsasən, İçərişəhərin şimal hissəsində yerləşən Müsəlman Məhəlləsi və Xristian Məhəlləsindəki xiyabanlar şəbəkəsi boyunca sıx dolu dükan köşklərində müxtəlif bizneslər fəaliyyət göstərir. Nyu York Times 1982-ci il nəşrində bazarı "rəng, hərəkət və qoxu partlayışı" kimi təsvir etmişdir.
Ərəb bazarı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Xristian məhəlləsinin cənub tərəfi boyunca uzanan bazarın David küçəsi, 100-ə yaxın satıcısı olan, turistlər arasında məşhur olan dar və pilləli küçədir. O, Yaffa Qapısından Zəncir Küçəsinə və Məbəd Dağının Zəncir Qapısına qədər olan piyada trafikini birləşdirir. Bazardakı tacirlər əsasən ərəblərdən ibarətdir.