Ərəbistan canavarı

Ərəbistan canavarı (lat. Canis lupus arabs) — Adi canavar növünə daxil olan yarımnöv. Əvvəllər bu canlılara bütün Ərəbistan yarımadası ərazisində rastlamaq mümkün idi. Ancaq hazırda onların arealı İsrailin cənubu, Oman, Yəmən, İordaniya, Səudiyyə Ərəbistanı və böyük ehtimalla Misirin Sinay yarımadası ərazisində yayılmışlar. Ölçülərinə görə ən kiçik canavar yarımnövü hesab edilir.

Ərəbistan canavarı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ərəbistan canavarı
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Dişi Ərəbistan canavarı.

Ərəbistan canavarı elə də böyük olmayan bir canlıdır. Səhrada yaşamağa uyğunlaşmışdır. Ayaq üstə hündürlküyü 66 sm-dir. Çəkisi bəzi ərazilərdə 18 kiloqrama çata bilir. Qulaqları bədənin ümumumi ölçüsünə nisbətdə iridir. Bu baxımından da digər yarımnövlərindən də fərqlənir. Üstəlik onların digər özəlliklərindən biri digər canavarlardan fərqli olaraq qrup əmələ gətirməməsidir. Bununla belə ov zamanı üç-dord fərddən ibarət qruplar təşkil edə bilirlər. Bu canavarlıarın digər özəlliyi isə he kəsin onların necə ulkamasını eşidə bilməməsindədir[3]. Ərəbistan canavarı həmcinin digər özəlliyi ilə də fırqlənir. Belə ki bu canlıların ön ətraflarının orta iki barmağı birləşmişdir. Bu xüsuisiyyətlər əvvəllər ancaq Afrika itlərində olması ehtimal edilirdi[4]. Digər canavarlar kimi bu canlılarında gözləri sarı rəngdə olur. Bəzilıərindəı hətta qəhvəyi rəngdə olanlar da vardır. Bu onu göstərir ki, populyasiyanın bəzi hisssəsi artıq təmiz qanlı deyildir. Onların əcdadaları çöl itləri ilə cütləşmişdir.

Ərəbistan canavarı keçi böyüklükdə olamn istənilən ev heyvanına hücum edə və onu parçalaya bilir. Bu isə onların kəndlilər və heyvan sahibləri üçün ov obyüektinə çevirir. Fermerlər onları güllə ilə vurur və ya tələ ilı tuturlar. Ərəbistan canavarı əsasən ətyeyən heyvan olsa da insanlar tərəfindən zibilliyə atılan məhsulları da yeyə bilirlər. Həm də quşlar, gəmiricilər, pişiklər, şirin meyvələr, balıq, ilbizlər, körpə o cümlədən demək olar ki, hər hansı bir heyvanın leşləri ilə qidalanırlar.

Çağdaş dövr

[redaktə | mənbəni redaktə et]

Oman ərazisində bu canlıların ovuna qoyulan qadağadan sonra saylarında kütləvi çoxalma müçahidə edilir. Belə bir ehtimal vardır ki, bu cür tədbirlər dahvam etdirilsə bu canlıların bəzi rayonlarda öz areallarını bərpa edəcəklər. İsraildə onların sayı 100-150 arasında dəyişir. Birləşmiş Ərəb Əmirlikləri və Misirdə qapalı şəraitdə çoxaldılma proqramları həyata keçirilir. Oman və İsraildə qoruma altınddır. Lakin başqa yerdə gələcəyi qeyri-müəyyəndir. Səudiyyə Ərəbistanında canavar müəyən ərazilərdə qooruma altına salınmışdır.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Ərəbistan canavarının adı müqəddəs kitablarda düşmən dəstəsi, satqınlıq rəmzi, vəhşilik və rəhmsizliyi anlatmaq məqsədi ilə işlədilir. Yaqub peyğəmbərin sonuncu oğlu Benyaminin qəbiləsi döyüşkənliyinə görə Ərəbistan canavarı ilə müqayisə edilir.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Lopez, Barry. Of wolves and men. 1978. 320. ISBN 0-7432-4936-4.
  4. Macdonald, David. The Velvet Claw. 1992. 256. 0563208449.