Ərdal Öz

Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri.

Ərdal Öz
türk. Erdal Öz
Doğum tarixi
Doğum yeri Sivas
Vəfat tarixi (71 yaşında)
Təhsili
  • Ankara Universitetinin Hüquq bölməsi[d]
Fəaliyyəti naşir, yazıçı, şair-vəkil[d], iş adamı

Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır.

12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz GəzmişYusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır.

"Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır.

Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.

  • Odalarda (1960)
  • Yaralısın (1974)
  • Deniz Gezmiş anlatıyor (1976)
  • Gülünün solduğu akşam (1986)
  • Odalarda (Elden geçirilmiş - 1995)
  • Defterimde kuş sesleri (2003)
  • Yorgunlar (1960)
  • Qanayan (1973)
  • Havada qar səsi var (Yorgunlar’dan dört öykü ile birlikte, 1987)
  • Sular nə gözəlsə(1997)
  • Cam qırıqları (2001)

Digər əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Ihlamurlar (1994)
  • Allı turnam (1998)

Uşaq kitabları

[redaktə | mənbəni redaktə et]
  • Dedem Korkut öyküleri (1979)
  • Alçacıktan Kar Yağar (1981)
  • Qırmızı şar (1990)
  • Atam rəsm çəkdi
  • Yaralısın əsərinə görə 1975ci ildə Orhan Kemal Roman Armağanı
  • Sular nə gözəlsə əsərinə görə 1998-ci ildə Sait Faik Öykü Armağanı
  • Cam qırıqları əsərinə görə 2001-ci ildə Sedat Simavi Edebiyat Ödülü