Ərkə

Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir).

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir. Bundan başqa ayartma mənası da daşıyır. Arzu, istək mənalarına gəlir.

Mənbə[redaktə | mənbəni redaktə et]