Ərsan Özər (15 iyun 1969, İstanbul), Türk internet təşəbbüskarı, televiziya yazıçısı, televiziya rejissoru, qəzet yazıçısı.
Ərsan Özər | |
---|---|
Doğum tarixi | 15 iyun 1969 (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | ssenarist, kinorejissor |
IMDb | ID 1802425 |
1969-cu ildə İstanbulun Çatalca mahalına bağlı olan Hadımköy nahiyəsində anadan olub. Hadımköy İbtidai məktəbi, Hadımköy Orta məktəbi və Bakırköy Sənaye Peşə Liseyindən sonra Anadolu Universiteti bünyəsindəki Əlaqə Elmləri Fakültəsinin Reklam və İctimaiyyətlə Əlaqələr fakültəsini bitirmişdir.
Aktüel və Gazetepazarnəşrlərində müxbirlik etdi. ATV televiziya kanalında nəşr olunan yalan xəbər proqramı "Şok" ilə televiziyaçılığına keçid etdi. Bu proqramın konsepsiyasını inkişaf etdirən qrupda yer aldı və 2 mövsüm yazıçılıq etdi.
Okan Bayülgenin hazırladığı televiziya proqramı Televiziya Uşağının 50 proqram yazıçılığını boynuna götürdü. Daha sonra Beyazıt Öztürkün proqramı Ağ Showun 2 mövsüm boyunca rejissorluğunu etdi.
1998-ci ildə Mötərizə Nəşrlərindən çıxan Şəhər Əfsanələriadında bir kitab yazdı və bu kitabda Türkiyədən və dünyadan şəhər əfsanələrini bir araya gətirdi.
1999-cu ildə NTV televiziya kanalının xəbər mərkəzində redaktor olaraq işə başladı. Burada işləyərkən itiraf.com saytını qurdu. itiraf.com saytının qısa müddətdə məşhur olması nəticəsində televiziyanı buraxıb internet sahəsində işə başladı.
2002-2005 illərində arasında Akşam qəzetində Həyat Məktəbi başlığı altında gündəlik yazılar yazdı.
2002-ci ildə Haluk Bilginer və Zuhal Olcayın hazırladığı Ti Showadlı proqramın rejissorluğunu və yazarlığını etdi.
itiraf.com'u 2004-cü ildə siberalem.com və ideefixe'nin sahibi olan EBİ'ye satdı. itiraf.com'un 1 il redaktorluğunu davam etdirdi.
2005-ci ildə Alper Mestçi ilə birlikdə TRT gizli kamera test proqramı olan Radarı və Kanal D-ə yenə gizli kamera proqramı olan Pusunu hazırladı.
2005-ci ildə gittigidiyor.com-un tərəfdaşları ilə birlikdə internet layihələri inkişaf etdirmək üçün Magnet İnformasiya Xidmətlərini qurdu.
Bu şirkət bünyəsində şəhərə xüsusi yoldaşlıq saytları olan istanbul.net, ankara.net, izmir.net və mütəxəssislərin videolu anlatımlarına yer verilən uzmantv layihələrini həyata keçirdi.
2014-cü ildən etibarən isə Alman şirkəti olan Mediakraft Networks-un Türkiyə variantında qurucu-idarəçilik edir.[1]