Ərsin

ƏrsinXəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət[1].

Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür.[2]

Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür[3].

Xəmir ərsininin dəstəyi kiçik olur və onun ucuna asmaq üçün bəzən halqa salınır. Xəmiri yığmaq, kəsmək və s. məqsədlər üçün işlədildiyinə görə bu alətə xəmir ərsini deyilir.

Hər iki ərsindən hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.

  1. Obastan - Azərbaycan dilinin izahlı lüğəti[ölü keçid]
  2. Azərbaycan Etnoqrafiyası, II cild. Səh. 283.[ölü keçid]
  3. "İbrahimov Fərhad, Bakıda metalişləmə tarixi (IX—XVII əsrlər). "Elm" nəşriyyatı, Bakı-1995, səh.17" (PDF). 2012-10-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-01-03.