Ərzurum Texniki Universiteti (türk. Erzurum Teknik Üniversitesi, ETÜ) — Türkiyənin Ərzurum şəhərində yerləşən dövlət universiteti. Universitet Türkiyə Böyük Millət Məclisinin 2010-cu ildə qəbul etdiyi qanuna əsasən yaradılıb.
Ərzurum Texniki Universiteti | |
---|---|
Erzurum Teknik Üniversitesi[1] | |
Əsası qoyulub | 2010 |
Ölkə | |
Sayt | erzurum.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetdə bakalavr və magistratura təhsili 2012-ci ildə başlamışdır.
Az müddətdə Ərzurum Texniki Universiteti regionda tədqiqat mərkəzinə çevrilməyi bacarmışdır.[2][3]
Universitetdə ümumilikdə 6 fakültə fəaliyyət göstərir:
Universitetdə 3 institut fəaliyyət göstərir:
Fakültədə kompüter laboratoriyaları, iş otaqları və şöbə elmi-tədqiqat laboratoriyaları var.
YTTAM qapalı sahəsi olan bölgənin ən böyük tədqiqat mərkəzlərindən biridir. Burada 1000 nəfər üçün nəzərdə tutulmuş xüsusi təmiz havası olan(Cleanroom) otağı,[4] 2 sinif otağı, 22 müxtəlif ölçülü tədqiqat laboratoriyaları, 1 məşq zalı, 1 iclas zalı, 4 işçi otağı, 4 iş ofisi və 1 istirahət otağı xidmət göstərir.[5]
Universitetin Mərkəzi kitabxanası hər gün 08.00–22.00, şənbə günləri 10.00–20.00 saatları arasında açıqdır. Kitabxana ilə yanaşı, hər bir fakültədə tədris zalları fəaliyyət göstərir.