Əsğər Fərdi

Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı[1],[2]

ƏSĞƏR FƏRDİ
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Təbriz
Vəfat səbəbi Ürək tutması
fardi.net

Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir.

11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin]

O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin]

Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin]

Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.

Şair və yazıçı Əsğər Fərdi yüzlərlə ictimai, elmi və ədəbi məqalənin və onlarla kitabın muəllifi olmaqla eyni zamanda Ustad Şəhriyarın yeganə tələbəsi kimi tanınmışdır.[mənbə göstərin]

Əsğər Fərdi 1981 ci. ildən etibarən (sonuncu dəfə habsdən buraxıldıqdan bir neçə ay sonar) Təbriz radiosunda Azərbaycan ədabiyyatına dair verilişlərin müəllifi və aparıcısi kimi 10 il müddəti boyunca səmərəli fəaliyyət göstərmiş və bununla da şah dövrünün ana dili üzərinə qoyduğu yasaqlardan yenicə qurtulmuş Iran Azərbaycan xalqının təmiz ana dili və ədəbiyyatı ilə tanış olmasında unudulmaz rol ifa etmişdir.

Professor Ə.Fərdi 1988-ci ildə Iran dövlətinin rəhbər şəxsləri və dövlət rəsmiləri ilə uzun müzakirələri və səyləri nəticəsində Təbriz universitetinin dil və ədabiyyat fakultəsində ilk olaraq rəsmən və dövlət qərarı ilə Azərbaycan dili və ədabiyyatı şöbsinin açılışına nail olmuş və bir il müddətincə bu kafedrada tək başına tədrislə məşgul olub, dil və ədəbiyyatımıza həvəskar və marağlı olan geniş tələbə kütləsi yaratdıqdan sonra universitetin siyasi şöbəsi tərəfindən işdən uzaqlaşdırılmışdır.

Ə.Fərdi 1991.ci ildə A.E.A. nəzdində filologia elmləri bölümündə dokora dissertasiasını müdafiə etmiş və Moskovada S.S.S.R E.A. ndan doktora diplomasını almağa nail olmuşdur. O Ustadı Şəhriyarın vəfatından sonra qeyri ixtiyari olaraq Tabrizi tərk edib Tehrana köçmüş, orada radio Televiziya təşkilatının nəzdində fəaliyyət göstərən Səhər kanalında Azəri TV.ni təsis etmiş və eyni zamanda Iran Islam respublikasının xarici işlər nazirliyində post sovet məkanı üzrə nazir müşaviri işləmişdir.

Rejissor Ə.Fərdi 1993.cü ildən başlayaraq 3 il boyunca "17 Qafqaz şəhəri" adlı və 39 bölümlü sənədli filmin çəkilişilə məşqul olub. "17 Qafqaz şəhəri" filmində XIX yüzillikdə Rusiya ilə müharibədə İranın guya itirdiyi şəhərlərdən − Bakıdan, Gəncədən, Şamaxıdan, İrəvandan, Naxçıvandan… söhbət gedir.[3]

Ə.Fərdi 1996-cı ildə isə bütün Xəzəryanı ölkələrin tanıdılması məqsədilə 41 bölümdə "Xəzər Səfərnaməsi" adlı sənədli filmin yaradılması uğrunda ömrünün 3 ilini vəqf etmişdir.

Şair Ə.Fərdi dən 20 dən artıq səsli şeir albomu (cd və kaset) nəşr edilmişdir.

Əsğər Fərdi 5 avqust 2018-ci il tarixində ürək tutması nəticəsində dünyasını dəyişib.[4]