Əsədulla xan Hüseynpur

Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور‎) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti.

Əsədulla xan Hüseynpur
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Vəfat səbəbi Ürəktutma
Həyat yoldaşları Badiə xanım Münəccimi
Münirə xanım Münəccimi
Atası Əhəd ağa Hüseynpur
Milliyyəti Türk
Fəaliyyəti zabit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əsədulla xan gənc yaşda, Kazak geyimində

Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi. Fəzlulla Zahidi ilə sinif yoldaşı idi.

Birinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən sonra mayor rütbəsi almışdı. Rza xan Pəhləvinin çevrilişinə qoşulmuş, süvari diviziyasının komandiri olmuşdu. Tehranı ələ keçirəndən sonra polkovnik rütbəsinə yüksəldilmişdi. 60 yaşında istefaya çıxmış, öz mülklərinə nəzarət etməyə başlamışdı.

Ölümü və ailəsi

[redaktə | mənbəni redaktə et]

Badiə xanım Münəccimi ilə evlənmişdi. Övladları:

  1. Fəxrəlzaman xanım
  2. Əmir Huşəng xan (gənc yaşda öldü)

Badiə xanım xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsədulla xan onun bacısı Munirə xanım Münəccimi ilə evlənmişdi. Munirə xanım 1950-ci ildə vəfat edib. Övladları:

  1. Əbdülrza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. OPECin ilk katibi Fuad Ruhaninin qızı Quti xanımla evlənmişdir. Övladı:
    1. Əmir Rza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. "Making sense of Bullfighting" (1997) kitabının müəllifi. Əbdülhüseyn mirzə Fərmanfərmanın nəvəsi Mərcan xanım Fərmafərmaiyan ilə evlənmişdi.[1] Oğlu:
      1. Eladio Milad Huseynpur
    2. Əmir Hüseyn xan Hüseynpur - 1966-cı ildə doğulub, İngiltərədə xoreoqrafdır.
  2. Turac xan Hüseynpur
  3. Turandoxt xanım
  4. Purandoxt xanım
  5. Viktoriya xanım

Əsədulla xan Hüseynpur 1954-cü ildə vəfat edib və Tehranın Bəhai qəbirstanlığı olan "Gülüstani Cavid" qəbristanlığında basdırılıb.

Alireza Sari. Biography and Ancestral backgrounds of Fakhralzaman Khanum Hosseinpour, Aligholi Khan Sari, Colonel Assadollah Khan Hosseinpour. 2008.

  1. "Qacar sülaləsi". 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.