Əsas Effektivlik Göstəriciləri

Bir çox müəlliflər müasir dövrdə istifadə edilən üç əsas performans ölçmə vasitələrinin olduğunu qeyd edirlər.

  1. KRI (key result indicators) — Bunlar nəticələrə əsaslanaraq şirkətin nə qədər başarılı olduğunu göstərir. Qısacası şirkətin keçmişi haqqında məlumat verir.
  2. PI (performance indicators) — Bu ölçüm vasitələri şirkətin mövcud vəziyyəti haqqında məlumat verir və nə etmək lazım olduğunu göstərir.
  3. KPI (key performance indicators) — Bu vasitələr isə şirkətin performansında mühüm artım əldə edə bilməsi üçün üzərində durulması lazım olan əhəmiyyətli nöqtələri müəyyən edir.

Eyni zamanda bir şirkət üçün bu göstəricilərin "10–80-10" nisbətində olması məsləhət görülür.

Əsas Effektivlik Göstəriciləri

Əsas Effektivlik GöstəriciləriKey Performance Indicator (KPI) şirkətin bugünkü və gələcək uğuru üçün kritik əhəmiyyətə malik olan faktorların müəyyən edilərək onların üzərində fokuslanması və əldə edilən nəticələrin bu istiqamətdə istifadə edilməsindən ibarətdir. Sistem şirkət xərclərinin proseslərin yaxşıladırılması hesabına azaldılmasını məqsədləyir və şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsinə əsaslanır. Bunun üçün əsas məsələ öncə şirkətin hədəfləri istiqamətində doğru göstəricilər seçilməli, bu göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurulmalı, əldə edilən nəticələr analiz edilməli və bunların əsasında yeni strategiya və hədəflər müəyyən edilməlidir.

KPI-ların 7 əsas xüsusiyyəti:

  • Mali olmayan
  • Mütəmadi olaraq yoxlanan (günlük, həftəlik 7/24)
  • CEO və ya rəhbərlik tərəfindən tətbiq edilən
  • Hər bir içi tərəfindən qəbul olunan
  • Xüsusi bir komanda tərəfindən həyata keçirilən
  • Əhəmiyyətli təsirə malik olan
  • Müsbət təsirə malik olan göstəricilərdir.

Ümumiyyətlə isə KPI sisteminin tətbiqində əsas məsələ KPI-ların düzgün seçilməsi və ya ölçülməsi, nəticələrin əldə olunmasından daha çox, onların analizi və düzgün yorumlanmasıdır. Qısacası şirkətin məqsəd, missiya, hədəf və strategiyalarına əsaslanan KPI-lar seçildikdən sonra, sistemin əsas məqsədi nəticələri düzgün yorumlayıb, şirkət üçün prioritet hesab edilən sahələri müəyyən etmək, nəticələri yeni stategiya və hədəflərə çevirməkdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • KPI Library
  • DAVID PARMENTER "Key Performance Indicators: Developing, Implementing, and Using Winning KPIs"