Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bir çox müəlliflər müasir dövrdə istifadə edilən üç əsas performans ölçmə vasitələrinin olduğunu qeyd edirlər.
Eyni zamanda bir şirkət üçün bu göstəricilərin "10–80-10" nisbətində olması məsləhət görülür.
Əsas Effektivlik Göstəriciləri
Əsas Effektivlik Göstəriciləri — Key Performance Indicator (KPI) şirkətin bugünkü və gələcək uğuru üçün kritik əhəmiyyətə malik olan faktorların müəyyən edilərək onların üzərində fokuslanması və əldə edilən nəticələrin bu istiqamətdə istifadə edilməsindən ibarətdir. Sistem şirkət xərclərinin proseslərin yaxşıladırılması hesabına azaldılmasını məqsədləyir və şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsinə əsaslanır. Bunun üçün əsas məsələ öncə şirkətin hədəfləri istiqamətində doğru göstəricilər seçilməli, bu göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurulmalı, əldə edilən nəticələr analiz edilməli və bunların əsasında yeni strategiya və hədəflər müəyyən edilməlidir.
KPI-ların 7 əsas xüsusiyyəti:
Ümumiyyətlə isə KPI sisteminin tətbiqində əsas məsələ KPI-ların düzgün seçilməsi və ya ölçülməsi, nəticələrin əldə olunmasından daha çox, onların analizi və düzgün yorumlanmasıdır. Qısacası şirkətin məqsəd, missiya, hədəf və strategiyalarına əsaslanan KPI-lar seçildikdən sonra, sistemin əsas məqsədi nəticələri düzgün yorumlayıb, şirkət üçün prioritet hesab edilən sahələri müəyyən etmək, nəticələri yeni stategiya və hədəflərə çevirməkdir.