Əsas mübadilə

Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır[1][2]

Standart şəraitlər

[redaktə | mənbəni redaktə et]

Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur:[2][3]

  1. Oyaqlıq vəziyyətində
  2. Səhər
  3. acqarına
  4. uzanmış vəziyyətdə
  5. psixoloji və emosional sakitlikdə
  6. rahatlıq temperaturu (18 - 20º).

Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir.[1] Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır.[4]

Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır.

Cinsi Yaşı
(лет)
(Kkal/sutka) hesablamaq üçün tənlik
K 10—18 16.6 bç + 119B + 572
Q 10—18 7.4 bç + 482B + 217
K 18—30 15.4 bç + 27B + 717
Q 18—30 13.3 bç + 334B + 35
K 30—60 11.3 bç + 16B + 901
Q 30—60 8.7 bç + 25B + 865
K >60 8.8 bç + 1128B — 1071
Q >60 9.2 bç + 637B — 302

BÇ- bədən çəkisi (kq)

B – boyu (m)

ƏM - əsas mübadilə

ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.

  1. 1 2 Нормальная физиология человека / под ред. Б. И. Ткаченко. — 2-е изд. — М.: Медицина, 2005. — С. 575—576. — 928 с. — ISBN 5-225-04240-6.
  2. 1 2 Агаджанян Н. А., Смирнов В. М. Нормальная физиология: Учебник для студентов медицинских вузов. — М.: ООО «Издательство «Медицинское информационное агентство», 2009. — С. 361. — 520 с. — ISBN 978-5-9986-0001-2.
  3. Гайтон А. К., Холл Д. Э. Медицинская физиология = Textbook of Medical Physiology / под ред. В.И. Кобрина. — М.: Логосфера, 2008. — С. 112. — 1296 с. — ISBN 978-5-98657-013-6.
  4. Судаков К. В. Нормальная физиология. — М.: ООО "Медицинское информационное агентство", 2006. — С. 75—78. — 920 с. — ISBN 5894812941.