Əsas sərnişin

Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) ({{DVTY}} şablonu boşdur ) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib.

Darina Qromova
Doğum tarixi
Doğum yeri Qatçina, Rusiya Rusiya
Vəfat tarixi (10 ayında) (birdən az yaşında)
Vəfat yeri Şimali Sinay, Misir Misir
Vətəndaşlığı Rusiya Rusiya
Atası Aleksey Qromov[1]
Anası Tatyana Qromova[1]
Milliyyəti Rus

Həyatı və ölümü

[redaktə | mənbəni redaktə et]

Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar.

Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu. 10 aylıq Darina Qromova, həmin təyyarədə olan ən gənc sərnişin idi.

8 dekabrda Darina Qromova, valideynləri ilə birgə Puşkin şəhərinin Kuzmin məzarlığında dəfn olundu.

Hava Limanından foto

[redaktə | mənbəni redaktə et]

Darina Qromovanın anası, Tatyana Qromova oktyabrın 15-i saat 15:45-də Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından, "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsində, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə foto yerləşdirdi. Foto, Darina Qromovanın, "Pulkovo" Beynəlxalq Hava Limanının gözləmə zalının 1 nömrəli terminalından, aerodromda olan təyyarələrə baxmasından ibarət idi. Həmin foto, Tatyana Qromovanın sosial şəbəkələrdə etdiyi sonuncu paylaşım idi.

Oktyabrın 31-də, Darina Qromova və valideynlərinində olduğu təyyarə, faciəvi qəzaya uğrayandan və həlak olan insanların adlarının ictimaiyyətə bəyan edilməsindən sonra, sosial şəbəkədə paylaşılan həmin foto, Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrildi. Həmin fotoya, dünyanın bir çox KİV-də geniş yer ayrıldı.

Təyyarə qəzasından bir il sonra, Rusiyalı sənətçi İqor Matviyenko, "Yaşamaq" (rus. Жить) adlı mahnını ərsəyə gətirdi. 27 estrada müğənnisinin ifa etdiyi mahnı, 2016-cı ildə təqdim edildi. "Yaşamaq" mahnısını Qriqori Leps, Polina Qaqarina, Yuliya Samoylova, Timati və daha neçə-neçə məşhur simalar ifa etdi.

Həmçinin, təyyarə qəzasından bir il sonra, "The Davincies" qrupu, "Əsas sərnişin" (rus. Главный пассажир) adlı mahnını ərsəyə gətirdi.[2] Mahnı, məhz 10 aylıq Darina Qromovaya ithaf edildi.[2]

  1. 1 2 "Список пассажиров и экипажа самолете "Airbus A321" авиакомпании "КогалымАвиа" 7K9268 (rus.)". www.mchs.gov.ru (Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı). 2017-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2016.
  2. 1 2 "Первый зритель - бабушка "главного пассажира" (rus.)". www.samara.kp.ru (Комсомольская правда - Самара). 2017-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2016.