Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair.
Əsgər Fərəci | |
---|---|
Təxəllüsü | Xadim |
Doğum tarixi | |
Doğum yeri | Kəbudər Ahəng, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Kəbudər Ahəng |
Vətəndaşlığı | İran |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycan dili, Fars dili |
O, azərbaycan və fars dillərində şeirlər yazıb.
2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib.
فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyri gülüstanə gəlmişəm
عشق و صفايه باغيله بستانه گلميشم/Eşq o səfayə bağilə bostanə gəlmişəm
باش قوزايور چمنده اگر سرخ لاله لر/Baş qozayır çəməndə əgər sorx lalələr
گلبرگ سبز شاخه ي ريحانه گلميشم /Gülbərqi səbzi şaxeye reyhanə gəlmişəm
گللر يواش يواش آچولور گلستانيده/Güllər yavaş yavaş açılır gülüstanidə
ديدارناز غنچه ي خندانه گلميشم/Didare naze qunçayi xəndanə gəlmişəm
ابر بهار سايه سالار ساعقه ورا/Əbri bahar sayə salar saiqə vurar
نم نم شروع بارش بارانه گلميشم/Nəm nəmi şorui bareşi baranə gəlmişəm
هر يان آخار خراميله سو جويباريدن/Hər yan axar xormilə su cuybaridən
اما سراغ چشمه ي حيوانه گلميشم/Amma soraği çeşməye heyvanə gəlmişəm
چه چه سسي قولاقه نيستانده چاتميور/Çəh çəh səsi qulağa neyistanda çatmiyor
شور و نواي بلبل خوشخوانه گلميشم/Şur o nəvaye bülbüle xoşxanə gəlmişəm
زيبا طبيعتي كه خدا لطف ايديب بيزه/Ziba təbiəti ki Xuda lütf edib bizə
شكر و ثنايه در گه سبحانه گلميشم/Şükür və sənayə dərgəhe sübhanə gəlmişəm
خادم آديله عشق واريمدور طبيعته/Xadim adıyla eşq varımdır təbiətə
فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyre gülüstanə gəlmişəm