Əsgər Leqari Pakistana qarşı — işə 2015-ci ildə Lahor (Pəncab, Pakistan) Ali Məhkəməsində baxılmış, hökumətin 2012-ci ilin Milli İqlim dəyişikliyi siyasətini və İqlim Dəyişikliyi Siyasətinin İcra Çərçivəsini (2014–2030) müəyyən edilmiş məqsədlərə çatmadan pozduğuna qərar vermişdir. Buna cavab olaraq məhkəmə Pakistana ölkənin iqlim məqsədlərinə çatmasına kömək etmək üçün İqlim Dəyişikliyi Komissiyasının qurulmasını tələb edir[1].
Pakistanın Pəncab şəhərində hüquq fakültəsinin tələbəsi Əsgər Leqari, iqlim dəyişikliyi nəticəsində su qıtlığı və şiddətlənən fırtınalar səbəbindən məhsulun təhlükə altında olduğunu söyləyir. O, dövlətin iqlim dəyişikliyi siyasətinə etinasız yanaşması səbəbindən onun fundamental hüquqlarının pozulduğunu bildirərək ərizə təqdim edir[2]..
O, hökumətin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar qarşısında "hərəkətsizlik, süründürməçilik və qeyri-ciddilik" nümayiş etdirdiyini yazır. Leqari hesab edirdi ki, bu hərəkətsizlik millətin qida, su və enerji təhlükəsizliyini təhdid edir[3].
Əvvəllər Pakistanda iqlim dəyişikliyi siyasəti ayrı-ayrı əyalətlərin ixtiyarına buraxılmışdı. Bununla belə, Lahor Universiteti və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən aparılan bir araşdırma, əyalətlərin heç birinin həqiqətən effektiv iqlim dəyişikliyi siyasətinin olmadığını müəyyən edir[4].
Lahor Ali Məhkəməsi hökumətin 2012-ci il siyasətini tətbiq etməli olduğuna qərar verir. Hakim Səyid Mənsur Əli Şah bildirib ki, iqlim dəyişikliyi "Pakistanın üzləşdiyi ən ciddi təhlükəni təmsil edir". Hakim 31 dekabr 2015-ci il tarixinədək hər bir departamentdən siyasətin həyata keçirilməsini təmin etmək üçün şəxsi təyin etməyi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində "fəaliyyət nöqtələri" siyahısının qurulmasını xahiş edir[5][6].
Məhkəmə qərarı həmçinin hökumətin iqlim dəyişikliyi ilə bağlı irəliləyişinə nəzarət etmək üçün QHT-ları, texniki ekspertlər və nazirlərin nümayəndələrindən ibarət İqlim Dəyişikliyi Komissiyası qurmağı nəzərdə tutur.