Əsgər Yusifinejad

Əsgər Yusifinejad — Təbrizli rejissor, ssenarist və kinotənqidçi. Azərbaycan dilində çəkdiyi "Ev" və "Qolçaq" filmləri ilə tanınıb.

Əsgər Yusifinejad
Doğum tarixi 1969
Vəfat tarixi 13 sentyabr 2022(2022-09-13)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist
IMDb ID9391975

Çəkdiyi "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub. "Qolçaq" filmi isə Azərbaycan dilində olduğu üçün "Fəcr Beynəlxalq Film Festivalı"na buraxılmayıb.

Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə anadan olub.[1] Tehranda İran Radio ve Televiziya Universitetini bitirib.[1] 1989-cu ildən rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərib.[1]

2022-ci il sentyabr ayında beyninə qan sızdığı üçün xəstəxanaya aparılıb.[2] Daha sonra əməliyyat olunub.[3] Sentyabın 13-də səhər saatlarında insult nəticəsində həyatını itirib.[4][5] Sentyabrın 14-də Təbrizdə Vadi Rəhmət qəbiristanlığında dəfn edilib.[6]

Əsgər Yusifnejad 2016-cı ildə Təbrizdə "Ev" filmini çəkib.[7][8] "Ev" filmi 2004-cü ildən 2017-ci ilə qədər "Fəcr Beynəlxalq Film Festivalı"nda iştirak edən ilk Azərbaycan dilində çəkilmiş film olub.[9] Farsca altyazı ilə nümayiş olunan film, "NETPAC" mükafatına və 35-ci "Fəcr Beynəlxalq Film Festivalı"nda ən yaxşı ssenari və ən yaxşı film üçün təqdim olunan "Simurq Zarrin" və "Simin" mükafatlarını qazanıb.[10][11] Film daha sonra 2018-ci ilin may ayında Rumıniyada keçirilən "Transilvaniya Beynəlxalq Film Festivalı"nda "Münsiflər heyətinin xüsusi mükafatı"na layiq görülüb.[12][13]

2020-ci ildə çəkdiyi "Qolçaq" filmi də Təbrizdə Azərbaycan dilində çəkilib.[14][15] 40-cı "Fəcr Beynəlxalq Film Festivalı"na qəbul edilməyib.[5][14][16] İranlı kinorejissor Bəhruz Əfxəmi deyib ki, "Qolçaq" filmi heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr Festivalında iştirak etməyəcək.[4][17] 2023-cü ilin aprel ayında "Qolçaq" filminin yaradıcı heyəti heyəti 42-ci "İstanbul Film Festivalı"nda təltif olunub.[18] Filmin kinoteatrda ilk nümayişi rejissorun ölümündən sonra 2023-cü ildə Türkiyədə baş tutub.[19][20] 2024-cü il martın 25-də isə film Təbrizdə kinoteatrda göstərilib.[21][22][23]

  1. 1 2 3 "Yasaq dilin rejissoru Əsgər Yusifinejad kim idi? - Ətəkyazı". Ətəkyazı (az.). 2022-09-14. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  2. "اصغر یوسفی‌نژاد دچار خونریزی مغزی شد". ایسنا (fars). 2022-09-03. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  3. "آخرین وضعیت یوسفی‌نژاد پس از خونریزی مغزی". ایسنا (fars). 2022-09-05. 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  4. 1 2 "İranda türkdilli filmlərin rejissoru Əsgər Yusufinejad vəfat edib". Voice of America (az.). 2022-09-13. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  5. 1 2 "اصغر یوسفی نژاد کارگردان سینمای ایران درگذشت". خبرگزاری مهر | اخبار ایران و جهان | Mehr News Agency (fars). 2022-09-13. 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  6. "درگذشت اصغر یوسفی نژاد و اعلام زمان خاکسپاری". ایسنا (fars). 2022-09-13. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  7. "Rza Siyami "Ev" filminin uğuru haqda danışır". Voice of America (az.). 2017-02-15. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  8. "Təbrizli rejissorun türk dilində filmi İranlı tənqidçilərin diqqət mərkəzində". Voice of America (az.). 2017-02-03. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  9. "Rza Siyami: İranda türkcə filmlərin uğur qazanması üçün sərmayə lazimdir [Audio-Müsahibə]". Voice of America (az.). 2017-02-15. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  10. "Iranian Filmmaker Yousefinejad Dies Of Stroke At 53 - Iran Front Page". ifpnews.com (ingilis). 2022-09-13. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  11. "Azərbaycanca çəkilən film qalib oldu - İranda". Teleqraf.com (az.). 2017-04-28. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  12. "Azərbaycan dilində çəkilən İran filmi beynəlxalq mükafat aldı". Kulis.az (az.). 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  13. "İranlı rejissorun Azərbaycan dilində çəkdiyi film mükafata layiq görülüb". www.medeniyyet.az (ingilis). 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  14. 1 2 "«عروسک» و فیلم‌سازی که حسرت به دل ماند". ایسنا (fars). 2022-09-13. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  15. "«عروسک» در فقدان کارگردانش چگونه اکران می شود؟". ایسنا (fars). 2024-03-06. 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  16. "۴۰ روز از رفتن یوسفی‌نژاد می‌گذرد و از «عروسک» خبری نیست". ایسنا (fars). 2022-10-18. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  17. "Fəcr Festivalı: Film festivalı yoxsa fars dominantlığının qoruyucusu? - Ətəkyazı". Ətəkyazı (az.). 2022-01-13. 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  18. "İstanbulda "Qolçaq" filmi təltif olundu". Kulis.az (az.). 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  19. "Iranda qadağan olunan film Türkiyədə nümayiş olunacaq". Kulis.az (az.). 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  20. "بازتاب نمایش «عروسک» ایرانی در استانبول". ایسنا (fars). 2023-04-16. 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  21. "Azərbaycan dilində "Qolçaq" filmi möhtəşəm qarşılanıb". aznews.tv. 2024-03-26. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  22. ""Qolçaq" filmi nümayiş olundu - Video". Axar.Az (az.). 2024-03-26. 2024-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.
  23. "تصاویر | استقبال از قولچاق". nasrnews.ir. 2024-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]