Əski monqol əlifbası

Əski monqol əlifbası (klassik monqol yazısı, monq. monqol biçiq) — monqol yazılarından biri, qədimi monqol yazı sistemi, XIII əsrdən bizim günlərə qədər dayanmaz istifadədədir. Günlərimizə kimi qorunub saxlanılan ən qədim əski monqol abidəsi Çingiz daşıdır, (1224/1225 il).[1] Qədim zamanlardan bəri Monqolustanın, RusiyanınÇinin monqol xalqları tərəfindən əsas yazı növü kimi istifadə edilirdi. Özündən bir neçə törəmə əmələ gətirir: todo-biçiq, vaqindra və mançjur yazıları. Mançjur yazısı Çində Tsin sülaləsinin idarəetmə dövründə istifadə edilirdi.

Əski monqol əlifbası
Dillər monqol dili
Yarandığı yer Mərkəzi Asiya, Türküstan
Ərazi Çin, Monqolustan
Dövr 1204 b. e. -dan indiki zamana kimi

Əski monqol əlifbası əski uyğur əlifbasının monqol dilinin yazısı üçün adaptasiya nəticəsində əmələ gəlmişdi. Əfsanələrə əsasən, əski monqol əlifbası 1204-cü ildə uyğur yazarı olan Tatatunq tərəfindən yaradılmışdır. Tatatunq Monqol İmperiyasının yaradılanda Çingiz xanın nayman üzərində qələbəsindən sonra tutulmuşdur. Bu əfsanə monqollar tərəfindən tabe olumuş uyğurların monqol mədəniyyətinə təsirini göstərir. Uyğurlar monqollara öz büd ənənələrin və əski uyğur yazısını ötürdülər, hansıki, güclü dəyişiklərə rast gəlməsi nəticəsində əski monqol yazısı oldu. Monqollar özüdə əski monqol yazısını digər monqol yazılarından fərqləndirmək üçün indidə əski uyğur yazısı adlandırırlar.

Digər əfsanəyə görə, Çingiz-xan öz dövrünün arxaik deyilişi əsasında yazı yaradılmasını tələb etmişdir. O bunu digər dialektli xalqları yazı vasitəsi ilə birləşdirmək üçün etmişdir.

Yazının vertikal vəziyyəti indiki zamanda bu yazını digər yazılardan kəskin dərəcədə fərqləndirir. Bu nadir yazı növüdür ki, vertikal yazılması ilə yanaşı sətirlər soldan sağa yazılır. Adətən elə hesab edilir ki, bu sahədə uyğurlar və ya onların əvvəlki nümayəndələri olan soqdiyalılar çin ieroqlifkasının təsirinə məruz qalmışdır. Lakin turfan tapıntıları sübüt edir ki, bu reqionda yazının əsası ilə istiqaməti ilə bir çox təcrübələr olub.

1587-ci ildə alim Ayuşi-quşi büddi kitabların nəşr edilməsi məqsədi ilə yenidən bu əski monqol əlifbasını sistemləşdirib və cüzi şəkildə dəyişmişdi. Həmiçinin o sanskrit, tiibet və çin dillərinin transkripsiyanı sadələşdirmək üçün yazıya bir neçə işarə əlavə etdi. Yeni işarələr əli-qəli adı aldı.

Müasir statusu

[redaktə | mənbəni redaktə et]

İndiki zamanda ÇXR ərazisində monqol və evenkiy dillərin yazısı üçün istifadə edilir. Monqolustanın daxili hissəində bu yazının istifadəsi vacib sayılır.

  1. Campbell, George L. Handbook of Scripts and Alphabets (ingilis). Psychology Press. 1997. ISBN 9780415183444. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.