Ətiqə İzmayılova

Ətiqə İzmayılova (19 mart 19322006) — Azərbaycanın aparıcı etnoqroflarından biri

Ətiqə İzmayılova
Doğum tarixi
Vəfat tarixi
atigaizmailova.org

1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur.[1] Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb.[1] Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.[2]

  1. 1 2 "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
  2. "Arxivlənmiş surət". 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-26.