Ətli dəvəayağı

Cənubi Qafqaz (Naxçıvan), İranda geniş yayılmışdır. İranın şimal-qərbi, Təbriz yaxınlığı və Xoy şəhərinin ətrafından toplanılan nümunələrə əsasən təsvir edilmişdir.

Ətli dəvəayağı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

20-40 sm hündürlüyündə, yoğun kökə malik yarımkoldur. Çiçək saplaqlarının əsasında yerləşən və sıx dəstələr əmələ gətirən yarpaqları nisbətən qalın ətli olub, göy-yaşıl, 1-4 sm uzunluqda, 2-6 mm enindədir. Yuxarı yarpaqları küt, aşağı yarpaqları tədricən daralaraq gövdəni yarı qucaqlayan, enli-pərdəvari haşiyələnmiş qına keçir. Çiçək saplaqlarının sayı az olub, çılpaq, hamar və zəif qırışlıdır. Çiçək saplaqları bir qədər yuxarıdan süpürgəvari budaqlıdır. Çiçəkləri 5-10 olmaqla dağınıq sünbülcüklərdə və ya son budaqcıqlarda olan sünbüllərdə süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Sünbülcükləri 2-3 çiçəklidir. 1,5-2,5 mm uzunluqda olan sünbülcüyün xarici çiçəkyanlığı enli-yumurtavari və pərdəvari haşiyəlidir. Birinci daxili çiçəkyanlığından 2 dəfə qısadır. Birinci daxili çiçəkyanlığı iri, pərdəvari haşiyəli olub, çılpaqdır. Kasacığı 4- 5 mm uzunluqda, dar, qıfvaridir. Onun borucuğu 2,5-3 mm uzunluqda olub, çılpaq və ya aşağı hissəsi zəif tükcüklüdür. Büküşü 2 mm enində olub, ağ, 10 enli-yumurtavari və ya kütvari pərlidir. Tacı solğun bənövşəyidir. İyun-oktyabr ayları çiçək açır və avqust-oktyabrda toxum verir.

Kserofitdir. Atropatan coğrafi elementinə daxildir. Əhəngli yamaclarda və şoranlaşmış torpaqlarda da rast gəlinir. Quraqlığa davamlıdır. Aşağı və orta dağlıq qurşaqlarda dəniz səviyyəsindən 900 –2000 metr yüksəklikdə, quru, daşlı-çınqıllı yamaclarda yaxşı bitir. Təbii halda daha çox quraq ərazilərdə yayılmışdır.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Qazançı kəndi ətrafındakı daşlı-çınqıllı ərazilərdə yayılmışdır.

Tanninlərlə zəngindir. Köklərində 13-18% aşı maddələri və qara rəngli boyayıcı maddələr vardır. Xalq təbabətində köklərindən çay dəmləyib ishala, dizenteriyaya qarşı büzüşdürücü və dezinfeksiyaedici dərman kimi qəbul edilir. Həmçinin balverən və dekorativ bitki hesab olunur. Çiçəklərində 0,020 mq-a qədər nektar vardır. Bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş istifadə oluna bilər.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.