Əvəz Süleyman

Əvəz Süleyman (azərb. Əvəz Sirac oğlu Süleymanov‎; d.10 aprel, 1942; Qırlar, Ağsu rayonu - ö.9 mart, 2019, Şamaxı) — yazıçı, publisist, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı.

Əvəz Süleymanov
Əvəz Sirac oğlu Süleymanov
Təxəllüsləri Əvəz Süleyman
Doğum tarixi
Doğum yeri Qırlar, Ağsu rayonu
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Şamaxı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti nasir
Mükafatları "Qızıl Qələm" mükafatı

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1942-ci ildə aprelin 10-da Ağsu rayonunun Qırlar kəndində anadan olub. Orta təhsilini 1961-ci ildə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində və Ağsu qəsəbə orta məktəbində alıb. 1963-cü ildə Ağsu Pedaqoji məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. 1963-1967-ci illərdə Kürdəmir rayonunun Pirli kənd 8 illik məktəbində, 1967-1973-cü illərdə Ağsu rayonunun Sanqalan kənd 8 illik məktəbində, 1973-1991-ci illərdə Şamaxı rayonunun Çıraqlı kəndində müəllim, məktəb direktoru işləmişdir. 1991-ci ildən vəfatınadək Şamaxı şəhər 5 saylı orta məktəbində çalışıb. 2019-cu ilin 9 mart tarixində vəfat edib.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Tək qardaş ömrü (2004)
  • Əzab (2005)
  • Əfsanəyə çevrilən ömür (2007)
  • Pələng balaları haqda (2007)
  • Köhnə dərd (2007)
  • Döy məni, ana, döy (2009)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011