Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989).[1]
Əvəzağa Məlikov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Ərəstun Məlikov |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Həkim |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Mükafatları |
1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır.
Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir.
Ailəli idi, iki övladı var.
Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır.
Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır.
1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir. Sentyabr ayından isə rayon mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, bir il ərzində 700-dən çox uğurlu cərrahiyyə əməliyyatı aparmışdır.
1971-ci ilin mart ayında Əvəzağa Məlikov Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmişdir.
1989-cu ildə səhəti ilə bağlı olaraq öz xahişi ilə Salyan Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsindən istefa verərək Salyan rayon mərkəzi xəstəxanasında proktologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
1960-ci ildə Əvəzağa Məlikov Rusiya federasiyasi Rostov vilayətinin Milyutinsk rayon Sovetinə 5-ci seçki dairəsindən deputat seçilmişdir.
1971-ci ildə də Namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, 3 mart 1972-ci il tarixdə AAK-nın qərarı ilə Tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.