Əyriyumurtalıqlı yemişan

Crataegus kyrtostyla Fingerh. = C. curvisepala Lindm.[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6 (8) m-ə çatan balaca ağac və ya 1,5-3 (4) m-ə çatan koldur. Budaqların qabığı qonurtəhər-boz rəngdədir. Cavan zoğları qırmızımtıl-qəhvəyi, azsaylı qısa tikanları vardır və yaxud az hallarda tikansızdır.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının uzunluğu 5 sm-ə qədərdir, parlaq yaşıl rənglidir, üst hissədən demək olar ki, çılpaq, alt hissədən dağınıq basıq tüklüdür və yaxud damarların künc tərəfində saqqalcıqlıdır, görünüşünə görə demək olar ki, rombşəkilli və ya əksinəyumurtaşəkillidir, qaidə hissəsi pazşəkilli, bəzən dairəvidir, adətən 5-7 bölümlü olub, kənarları sivri,mişarvari dişli bölümlüdür; saplağı yarpaq ayasından 1,5 dəfə uzundur.

Çiçək[redaktə | mənbəni redaktə et]

Qalxanı enlidir, adətən çılpaqdır, üzərində 1-3 ədəd çiçək daşıyan 3-6 ədəd budaqcıqdan ibarətdir. Çiçəkləri ağ rəngdədir, diametri 11-15 mm-dir. 1 sütuncuğu (nadir halda 2) vardır.

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri qırmızı, uzunsov-ellipsvari və ya slindrikdir, uzunluğu 12-14 mm, birtoxumludur. Təpə hissədə kasa yarpaqları qatlanmış formadadır. Çiçəkləməsi: Aprel, May (İyun)

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

Sentyabr, Oktyabr Azərbaycanda yayılması: Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, Alazan-Əyriçay bozqırlığında, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax.daq., Lənk. dağ. Orta dağ qurşağına qədər, nadir hallarda yuxarı dağ qurşağında. Yaşayış mühiti: Meşələrdə, meşə kənarlarında, kollar arasında. Bəzən işıqlı vələspalıd və palıd meşələrində xırda ağaclıq əmələ gətirir və kiçik cəngəllik şəklində rast gəlinir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016