Əyyub Əsgərov

Əyyub ƏsgərovBDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri

Əyyub Əsgərov
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Hüquq
Elmi dərəcəsi Hüquq elmləri doktoru (1970)
Elmi adı Professor (1972)
İş yerləri BDU Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrası

Əyyub İsmayıl oğlu Əsgərov 23 fevral 1913-cü ildə anadan olmuşdur.

Əyyub Əsgərov 1927-ci ildə oxumaq üçün hərbi məktəbə göndərilmişdir. O, Bakı Piyada Məktəbində təhsilini başa vurduqdan sonra müxtəlif hərbi və siyasi vəzifələrdə çalışmışdır.

Əyyub Əsgərov 1931-ci ildən 1938-ci ilədək, eyni zamanda hərbi intizam müəllimi işləmişdir. O, 1933-cü ildə Bakıda Kommunist Universitetini bitirmişdir.

Əyyub Əsgərov 1934-cü ildə BDU-nun Hüquq fakültəsinə daxil olmuş və 1939-cu ildə oranı bitirmişdir. Ə. İ. Əsgərov 1941-ci ildən 1943-cü ilədək Azərbaycan SSR KP Şamxor (indiki Şəmkir) rayonunun birinci katibi vəzifəsində çalışmışdır.

Əyyub Əsgərov 1947-ci ildən başlayaraq BDU-nun Dövlət hüququ kafedrasında müəllim işləmişdir.

Ə. İ. Əsgərov 1951-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildən professordur. Əyyub Əsgərov 1976-cı ildə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiri təyin edilmişdir. O, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Ə. İ. Əsgərov 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox hüquq elmləri namizədi dissertasiya işi müdafiə edilmişdir.