Əyyub Haqverdiyev

Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964).[1]

Əyyub Haqverdiyev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Naxçıvan, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları “Əmək igidliyinə görə” medalı "Əməkdə fərqlənməyə görə" medalı
Azərbaycan SSR xalq artisti Azərbaycan SSR əməkdar artisti

Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir.[1] Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.

Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır.[1]

Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib. Hazırda bu yadigar aksesuarlar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdədir.

Əyyub Haqverdiyev 12 iyun 1996-cı ildə Naxçıvanda dünyasını dəyişmişdir.[1]

Əyyub Haqverdiyev "Əməkdə fərqlənməyə görə", "Əmək igidliyinə görə" medalları və "Mədəniyyət əlaçısı" döş nişanı ilə təltif edilib. Aktyora 17 iyun 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 14 oktyabr 1964-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri verilmişdir.[1]

  • C. Vəzirov. Güldürən-ağladan. Naxçıvan, 1998
  1. 1 2 3 4 5 Əlamətdar və tarixi günlər təqvimi - 2021 (PDF). Bakı: Zərdabi Nəşr. 2020. səh. 99. ISBN 978 9952 542 04 2.