Əyyub ağa məscidi

Əyyub ağa məscidiAğstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur.[3]

Əyyub ağa məscidi
Ölkə  Azərbaycan
Status Yerli əhəmiyyətli abidə, № 4083[1]
Rayon Ağstafa rayonu
Yerləşir Dağ Kəsəmən kəndi
Memar Hacı Tağı Kərbəlayı Hüseyn[2]
Sifarişçi Əyyub ağa
Tikilmə tarixi 1862[1]
Uzunluğu 30 metrə yaxın[2]
Sahəsi Həyətyanı sahəsi 250 kv.metr, iç sahəsi 12x12 metrdir[2]
Minarələri 2[2]
Material bişmiş kərpic[2]

Məscid haqqında

[redaktə | mənbəni redaktə et]

Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir. Günbəzin fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşmişdir. Sovetlər dövründə məscid taxıl anbarı kimi istifadə edilmişdir. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilmişdir. 1990-cı ildə məsciddə Ağstafa rayonunun yerli tikinti idarələri tərəfindən bərpa işləri aparılmışdır.[2]

  1. 1 2 aghstafa.mctgov.az. "Əyyub ağa məscidi" (az.). 2021-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2021.
  2. 1 2 3 4 5 6 Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası İ (PDF) (az.). Bakı: Beynəlxalq Əihuda Nəşriyyatı. 2001. 2021-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-19.
  3. agstafa-ih.gov.az. "Gənclərimizin tərbiyyəsində milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdi" (az.). 24 oktyabr 2019. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2021.