Əziz Əliyev küçəsi — Bakı şəhərində İçərişəhərdə küçə.
Əziz Əliyev küçəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Region | AZ |
Rayon | Səbail |
Küçə 1995-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin (1887-1962) şərəfinə adlandırılmışdır. İlkin adı Mixaylovski küçəsi olan Əziz Əliyev küçəsi sovet dövründə Zevin küçəsi, 1991-1995-ci illərdə İncəsənət küçəsi adlandırılmışdır.[1].
№ | Bina | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Zeynal bəy Səlimxanovun evi | Əziz Əliyev küç. 1 | İki mərtəbəsi 1898-ci ildə inşa edilib. 1950-ci illərdə binaya daha iki mərtəbə əlavə olunub. | ||
2 | Bağ | Əziz Əliyev küç. 2 | 1988-ci ilə kimi bağın yerində bağın yerində Hüseynovlar ailəsinə məxsus iki mərtəbəli saray tipli yaşayış binası yerləşirdi. 1882-ci ildə tikilmiş bina bütöv bir məhəlləni tuturdu. 1988-ci ildə bina sökülərək yerində Məmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün kiçik bağ salınmışdır. Lakin sonradan heykəlin ucaldılması nəzərdə tutulmuş yerdə fəvvarə quraşdırılmışdır. | ||
3 | Zəkiyevin evi | Əziz Əliyev küç. 3 | Birinci mərtəbəsi 1880-ci ildə tikilib. 1898-ci ildə binaya daha iki mərtəbə əlavə olunub. | ||
4 | Dadaşovun gəlir evi | Əziz Əliyev küç. 4 | 1911-ci ildə inşa edilib. | ||
5 | Yaşayış binası | Əziz Əliyev küç. 5 | 1880-1890-cı illərdə inşa edilib. | ||
6 | Yaşayış binası | Əziz Əliyev küç. 6 | 1896-cı ildə memar O. Simonsonun layihəsi əsasında inşa edilib. | ||
7 | Yaşayış binası | Əziz Əliyev küç. 7 | 1880-1890-cı illərdə inşa edilib. | ||
8 | Azerbaijan Cinema | Əziz Əliyev küç. 8 | 1896-cı ildə memar O. Simonsonun layihəsi əsasında inşa edilib. | ||
9 | Keçmiş ticarət sıraları | Əziz Əliyev küç. 9-21 | 1899-cu ildə memar İ. Qoslavskinin layihəsi əsasında inşa edilib. | ||
10 | Haşımovun dörd mərtəbəli gəlir evi | Əziz Əliyev küç. 11 | 1908-ci ildə modern üslubda inşa edilib. |