Əzizağa Ramiz oğlu Dadaşov (1 iyul 1994, Sumqayıt – 19 oktyabr 2020, Yarəhmədli, Cəbrayıl rayonu) - əsgər, İkinci Qarabağ müharibəsi şəhidi
Əzizağa Dadaşov | |
---|---|
Əzizağa Dadaşov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Füzuli |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Əzizağa Ramiz oğlu Dadaşov 1994-cü il iyulun 7-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub.[1] 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur. Uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub.
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əzizağa Dadaşov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Əzizağa Dadaşov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabrda Füzulinin Yarəhmədli kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzizağa Dadaşov ölümündən sonra "Vətən uğrunda",[2] "Cəbrayılın azad olunmasına görə"[3] və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.[4]