ИХП-361 aşqarı

ИХП-361 aşqarı – tərkibində kükürd, fosfor, azot və bor saxlayan coxfunksiyalı polimer aşqardır.

Xassələri[redaktə | mənbəni redaktə et]

ИХП-361 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır.

Alınması[redaktə | mənbəni redaktə et]

ИХП-361 aşqarı almaq üçün əvvəlcə izobutilen-stirol birgə polimeri (və ya poliizobutilen) fosforkükürdləşdirilirərək hidrolizə uğradılır, daha sonra alınan məhsul ardıcıl olaraq etilendiaminlə və bor turşusu ilə işlənilir. ИХП-361 aşqarının sintezi texnologiyası AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-361 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600-800 hədləri arasındadır. ИХП-361 aşqarının əsas göstəriciləri: küllülük – 7,5%, kükürdün miqdarı – 0,6%, fosforun miqdarı – 2,4% azotun miqdarı – 2,7%.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

ИХП-361 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-361 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. ИХП-361 aşqarı həm ayrılıqda, həm də digər aşqarlarla kompozisiya şəklində yağların funksional xassələrini effektli şəkildə yaxşılaşdırır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Кулиев А.М. Химия и технология присадок к маслам и топливам. Л: Химия, 1985. С. 210.
  • Электронная библиотека. Большая энциклопедия нефти и газа. 2007. С. 211.