Bu məqaləni vikiləşdirmək lazımdır. |
ИХП-476 aşqarı – suksinimid tipli yuyucu-dispersləşdirici polimer aşqar olub, izobutilenin stirolla birgə aşağımolekullu polimerinin (və ya poliizobutilenin) malein anhidridi ilə kondensləşmə məhsulunun poliaminlərlə reaksiyasından alınan məhsuldur.
ИХП-476 aşqarı yüksək yuyucu və dispersləşdirici xassələrə malikdir ( M-11 yağının 5% ИХП-476 aşqarı ilə məhlulu üçün sərtləşdirilmiş ПЗВ metodu üzrə yuyuculuq xassəsi 0-0,5 bal, yuyuculuq potensialı isə 98%-dir).
ИХП-476 aşqarı aşağımolekullu polimerin (birgə polimerin) malein anhidridi ilə kondensləşməsi və daha sonra poliaminlərlə qarşılıqlı reaksiyasından alınır. Polimerin (birgə polimerin) malein anhidridi ilə kondensləşməsi 200-205oC temperaturdə azot mühitində 8-10 saat müddətində aparılır və sonra malein anhidridinin artığı (reaksiyada iştirak etməyən hissəsi) qovulur. Alınmış kondensləşmə məhsulu – kəhrəba anhidridinin törəmələri aminlərlə (allilamin, etilendiamin və müxtəlif polietilenpoliaminlər) toluol məhlulunda, reaksiya zamanı ayrılan suyu qovaraq, işləyirlər. Alınan ИХП-476 aşqarı tərkibində 1,5 – 1,7% azot saxlayır, turşu ədədi isə 10 – 14 mqKOH/q olur.
ИХП-476 aşqarından istifadə etməklə yağlara bir sıra effektiv aşqar kompozisiyası yaradılmışdır.