Sıfırölçülü fəza, 0-cı ölçü və ya 0D riyaziyyatda müəyyən bir topoloji məkana bir ölçü təyin edilməsinin bir neçə qeyri-bərabər anlayışından birinə görə sıfır ölçüsü olan bir topoloji məkandır.[2][3]
0-cı ölçü, ümumiyyətlə bizim haqqında tez-tez fikirləşmədiyimiz bir ölçüdür. Nöqtələr, 0-cı Ölçüdə düzgün başa düşə biləcəyimiz yeganə varlıqlardır. Onların nə ölçüləri, nə qalınlığı, nə uzunluğu, nə də hündürlükləri mövcuddur. Onlar eyni zamanda həm ola biləcəkləri qədər böyük, həm də ola biləcəkləri qədər kiçik ola bilərlər. Əgər 0-cı Ölçüdə bir kub mövcud olsaydı, həmin kub sadəcə nöqtə olaraq görünərdi. Həmçinin, kubun istənilən tərəfə doğru uzadılmış bütün ölçüləri eyni olardı, çünki 0-cı Ölçüdəki varlıqların ölçüsü mövcud deyil.