03 (film)

03 qısametrajlı sənədli televiziya filmi rejissorlar Svetlana Abdullayeva və Murad Mehmanoğlu tərəfindən çəkilmişdir. Film Azad Azərbaycan Televiziyasında istehsal edilmişdir. Tariximizin ən qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həkimlərimizin fədakar əməyi filmin əsasını təşkil edir. Filmdə şahidlərin xatirələri nəticəsində həmin günlər bir daha canlanır. Filmin alternativ adı "Həkimlər"dir.

03
03
Janr sənədli
qısametrajlı
tarixi
Rejissorlar Svetlana Abdullayeva
Murad Mehmanoğlu
Prodüserlər Röya Əliyeva
Rinat Qurbanoğlu
Operator Vüqar V.Ş.
İstehsalçı Azad Azərbaycan Televiziyası ("Vətənim" yaradıcılıq birliyi)
Filmin digər adı Həkimlər
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 20 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Tariximizin ən qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həkimlərimizin fədakar əməyi filmin əsasını təşkil edir. Filmdə şahidlərin xatirələri nəticəsində həmin günlər bir daha canlanır.

1990-cı il. Şər imperiyası artıq süquta uğradığını anlayır və vəziyyətdən çıxma yolunu əsarətdə saxladığı xalqların gözünü qorxutmaqda görürdü. Azərbaycan xalqı 1988-ci ildən imperiya rəhbərlərinin gözündə ən təhlükəli xalqa çevrilmişdi. Onlar belə vəziyyətin daha kəskin hal almasından ehtiyatlanaraq sərt tədbirlərə əl atdı. Kütləvi aksiyalar kommunist rejimini daha da vahiməyə salırdı. Bakıya əlavə qüvvələr yeridildi. Nəzarəti tamamilə ələ alandan sonra SSRİ Ali Soveti rəyasət heyəti yanvarın 20-si gecə saat 00:00-dan Bakı şəhərində fövqalədə vəziyyət tətbiq edilməsi haqqında fərman verdi. Bundan sonra kütləvi qırğına başlamaq olardı və başlandı da. Bakı al qırmızı qana boyandı. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi; Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər, xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.[1]

Hadisə baş verən gecəni öz gözlərində bir daha canlandıran həkimlər Mübariz Əliyev, Teymur Qurbanov və Alim Məmmədov Azərbaycan tarixinin ən qanlı gecələrindən birini bir daha xatırlayırlar. Onlar xəstəxanaların yaralı və ölülərlə dolduğunu, qan vermək üçün Tibb İnstitutunun tələbələrinin özlərini necə təhlükəyə atmalarını, xalqın xəstələri xilas etmək üçün bir yumruq olmalarını və əlindən gələni əsirgəməmələrini qeyd edirlər. Həkim Teymur Qurbanov isə həmin gecəni öz kamerasına çəkərək bu qanlı hadisənin dünyaya çatdırılmasına nail olub. Həkimlər qırğının bir gün yox, bir həftə davam etdiyini və yaralıların əsasən Bakı Şəhəri Musa Nağıyev adına xəxtəxanaya gətirildiyini də xatırlayırlar. Ümumilikdə film diktor mətni ilə yanaşı, əsasən 3 şahid həkimin xatirələrindən ibarətdir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Müəllif: İlhamə Qurbanlı
Rejissor: Svetlana Abdullayeva, Murad Mehmanoğlu
Operator: Vüqar V. Ş.
Prodüser: Röya Əliyeva, Rinat Qurbanoğlu

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Əliqismət Bədəlov. "Qəhrəmanlıq tariximizin "20 Yanvar"səhifəsi" (az.). Xalq qəzeti. 13 yanvar 2014. 2017-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı