1.1.1.1 — Amerikan Cloudflare şirkəti tərəfindən APNIC ilə birgə yaradılan pulsuz DNS xidməti.[2] Xidmət rekursiv ad serveri kimi fəaliyyət göstərir və İnternetdə istənilən host üçün domen adı həlli təmin edir. 1 aprel 2018-ci ildə elan edilib. 11 noyabr 2018-ci ildə Cloudflare Android və iOS üçün 1.1.1.1 xidmətinin mobil tətbiqini elan etdi.[3] 25 sentyabr 2019-cu ildə isə Cloudflare orijinal 1.1.1.1 mobil tətbiqinin təkmilləşdirilmiş versiyası olan WARP-ı buraxdı.[4]
1.1.1.1 | |
---|---|
Tipi | internet xidməti[d], ad serveri |
Tərtibatçı | Cloudflare |
Yayımlanma tarixi | 1 aprel 2018[1] |
Platforma | Android, İOS, Linux, macOS, Microsoft Windows |
Sayt | one.one.one.one |
1.1.1.1 DNS xidməti aşağıda qeyd olunan 12 IP ünvanında ictimai istifadə üçün rekursiv ad serverlərini idarə edir.[5] Bu ünvanlar hər hansı bir anycast rutinqi vasitəsilə ən yaxın əməliyyat serverinə uyğunlaşdırılır.[6] DNS xidməti Tor üçün də mövcuddur.[7] İstifadəçilər DNS-i aşağıdakı IP ünvanlarına dəyişdirərək xidməti quraşdıra bilərlər. Həm Android, həm də iPhone-da istifadəçiləri cihazda DNS-i avtomatik konfiqurasiya edən 1.1.1.1 mobil proqramını yükləyə bilər.[8]
1.1.1.1 | Ailələr üçün 1.1.1.1 | ||
---|---|---|---|
Domenləri süzgəcdən keçirir | Yox[9] | Hə[10] | |
ECS-i keçir | Yox | ||
DNSSEC-i təsdiqləyir | Hə | Hə | |
DoH vasitəsilə | https://cloudflare-dns.com/dns-query[11] | https://security.cloudflare-dns.com/dns-query | https://family.cloudflare-dns.com/dns-query |
DoT vasitəsilə | 1dot1dot1dot1.cloudflare-dns.com[12] və ya one.one.one.one | security.cloudflare-dns.com | family.cloudflare-dns.com |
IPv4 vasitəsilə | 1.1.1.1 1.0.0.1 |
1.1.1.2 1.0.0.2 |
1.1.1.3 1.0.0.3 |
IPv6 vasitəsilə | 2606:4700:4700::1111 2606:4700:4700::1001 |
2606:4700:4700::1112 2606:4700:4700::1002 |
2606:4700:4700::1113 2606:4700:4700::1003 |