10 nöqtəli kalvia

10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.) — Qidalandığı ağaclarda qabıq altında qışlayırlar.

10 nöqtəli kalvia
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
10 nöqtəli kalvia
Beynəlxalq elmi adı

Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur.[1] Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür. Aydın görünən qara, mürəkkəb, fasetli gözləri arasında alın iki gözlər həcmində enliləşib. Bığcığın buğumları təsbehvari olub, son buğum nisbətən iri və toppuzvaridir. Ayaqlarında iti caynaqları var. Böyüklüyü 5–6 mm-dir.

Əsasən Qərbi Avropada, Asiyanın meşəlik hissələrində və Qafqazda yayılıblar. Azərbaycanda əsasən, Naxçıvan, Şəki-Zaqatala və Talış zonalarında yayılmışdır.

  1. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.
  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli
  2. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.