11-nöqtəli semiadalia parabüzəni

11-nöqtəli semiadalia parabüzəni (lat. Semiadalia undecimnotata Schneid.) — Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir.

11-nöqtəli semiadalia parabüzəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
11-nöqtəli semiadalia parabüzəni
Beynəlxalq elmi adı
  • Hippodamia undecimnotata

Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. Zərərverici cücüləri: mənənələri, yastıcaları, tripsləri fitonomusları məhv edir, yüksək səsvermə qabiliyyətinə malikdir.

Aprel ayının əvvəlindən tədricən qış sığınacağından qayıtmağa hazırlaşan semadeliya böcəyinin bir hissəsi elə həmin sığınacaqda cütləşməyə başlayır. Qış sığınacaqlarından toplanan fərdləri laboratoriya şəraitində yardıqda, onların cinsiyyət üzvlərinin ətrafında kifayət qədər ehtiyat maddə toplandığını müşahidə etmək olar. Məhz buna görədir ki, onlar hələ qış sığınacağında olarkən mayalanırlar. Sürfələri üçün qida olmadıqda yumurtaqoyma prosesi də başlamır. Yalnız aprelin sonu, mayın əvvəlində spesifik qida ilə qidalanmaq üçün ilkin olaraq yabanı bitkilərə, yoncalığa, ağaclara miqrasiya edərək tədricən yu8murta qoymağa başlayırlar. İlkin qoyulan yumurta topalarında onların sayı az olur (5–10 ədəd). Havalar isindikcə, mənənələrin çoxalması intensivləşdikcə, böcəyin qoyduğu yumurta topalarında yumurtaların sayı da artır (30–70-ə qədər). Bu çıxan sürfələrin bir yaş keçirməsi üçün kifayət etməlidir.[1]

Muxtar Respublikanın bütün təbii zonalarında, həm də müxtəlif ekoloji şəraitdə əksər biotop və biosenozlarda yayılıb. Naxçıvan ərazisindəki bu böcəklərin populyasiyası əsasən düzənlik zonalarda və ən çox su hövzələrinə yaxın yerlərdə daha çox yayılıblar.

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli
  2. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
  1. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981