125 yaşlı sənət məbədi — qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub.
125 yaşlı sənət məbədi | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Faiq Abbasoğlu |
Ssenari müəllifi | Cəlil Vəzirov |
Operator | Zahir Rəhimov |
Rəssam | Əbülfəz Axundov |
İstehsalçı | Naxçıvan televiziyası |
İlk baxış tarixi | 2008 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 50 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar | video |
Rəng | rəngli |
Çəkiliş yeri | Naxçıvan |
Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub.
1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.[1]
Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.