1404 Ayaks (yun. Αίας) — L4 Laqranj nöqtəsində, planetdən 60° qabaqda hərəkət edən Yupiter planetinin troyan asteroidi. 17 avqust 1936-cı ildə alman astronomu Karl Reynmut tərəfindən kəşf edilmiş və qədim yunan mifologiyasına görə Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı Böyük Ayaksın şərəfinə adlandırılmışdır.[1]