157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir.
157 özgə həyat... | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Əminə Asifqızı |
Ssenari müəllifi | Nigar Əlişova |
Operatorlar |
Kamran Mehdiyev İsmayıl Eyvazi Anar Ağazadə Ayaz Qocayev İlkin Şirinli |
İstehsalçı | "Carçı film" (İctimai televiziya) |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 40 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
Rəng | rəngli |
Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır.[1] İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.[2]
Ssenarist: Nigar Əlişova
Rejissor: Əminə Asifqızı
Operator: Kamran Mehdiyev, İsmayıl Eyvazi, Anar Ağazadə, Ayaz Qocayev, İlkin Şirinli