168 saat

"168 saat" — Həftəlik ictimai qəzet

168 saat
Növ Həftəlik qəzet
Baş redaktor Vüsal Məmmədov
Yaranma tarixi 14 may 1991
Dil Azərbaycan dili
Qiymət 40 qəpik
Ünvan Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 14/33
Tiraj 3000
168saat.com

"168 saat" qəzeti 1991-ci il may ayının 14-də yaranıb. İlk sayı Sumqayıt şəhərində işıq üzü görüb. Müasir Azərbaycan mətbuatının ən stajlı qəzetlərindən biridir.

Dünya miqyasında gənclərin problemlərini işıqlandırmaq, habelə anti AİDS və antinarkomaniya mövzusunda fəal təbliğata görə 2001-ci ildə «168 saat» qəzeti Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının Fəxri Diplomuna layiq görülüb.

Beynəlxalq miqyasda ictimai və milli azlıqları müdafiə etmək sahəsindəki uğurlarına görə də qəzet təltif olunub. Belə ki, 2001-ci ildə «Asiya qitəsində yaşayan türkmən xalqının mənəviyyatını təbliğ etdiyi üçün «168 saat» İraq-Türkmən cəbhəsi Türkiyə təmsilçiliyinin fəxri təqdirnaməsinə layiq görülüb.

Qəzetin və bütün Azərbaycan qəzetçiliyinin daha bir uğuru: 2001-ci ilin mayında dünyanın 162 ölkəsinin bazarını tədqiq edən Beynəlxalq «Business İnitiative Directions» İnsitutu tərəfindən XVIII Beynəlxalq Paris Konvensiyası çərçivəsində 2000-ci ilin yeganə Kütləvi İnformasiya Vasitəsi kimi «168 saat» qəzeti «İnternational Gold Star» mükafatına layiq görülüb.

2002-ci ilin iyulunda dünya biznesini araşdıran təsisatlar «168 saat» qəzetlər qrupunun «Futbol proqnoz» idman əlavəsini Cenevrə şəhərində ən yaxşı nəşr kimi «Century İnternational Quality Era Award» mükafatına layiq görüblər.

2003-cü ildəki müstəsna fəaliyyətinə görə isə «168 saat» qəzetlər qrupu Avropa qitəsinin ən möhtəşəm EMRC ali mükafatına layiq görülüb. (Nüfuzlu «Europian Market Research Center» təsisatının təqdimatında). 1992-ci ildə Belçika kralı Boduenin dekreti ilə yaradılan bu mükafata indiyə qədər bütün MDB məkanından yalnız Rusiyanın nüfuzlu «Kommersant» mətbu evi layiq görülüb.

2004-cü ilin iyul ayında ölkə futbolunun inkişafında müstəsna roluna görə «Futbol-proqnoz» qəzeti AFFA-nın fəxri diplomuna layiq görülüb.

Mətbuatın inkişafına verdiyi töhfələrə görə qəzetlər qrupu 2005-ci ildə Madrid şəhərində və 2006-cı ildə Brüssel şəhərində «Editorial ofice» və «Other Ways BMC» təsisatlarının qızıl mükafatlarına layiq görülmüşdür.

2000-ci ildə qəzetin baş redaktoru Varis «Qələm dostları» Müstəqil Jurnalistlər Birliyinin nominasiyasında «İlin ən yaxşı baş redaktoru» fəxri adına layiq görülüb.

2009-ci ildə qəzetin baş redaktoru Vüsal Məmmədov Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «İlin ən yaxşı gənc jurnalisti» nominasiyası üzrə mükafatlandırılıb.

Redaksiya bir neçə uğur qazanmış beynəlxalq lahiyələrdə iştirak etmişdir ki, onlardan biri də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi ilə birgə həyata keçirilmiş «Amerikanı tanı» layihəsi olmuşdur. (8 həftə davam edən bu layihə zamanı çoxminli oxucularımıza ABŞ-nin tarixi, coğrafi quruluşu, iqtisadiyyatı, hərbi gücü, xarici siyasəti, mədəniyyəti və təhsili barədə geniş məlumat vermişik. Layihə dərc edilən nəşrlər tələbələrə və yuxarı sinif şagirdlərinə, habelə imkansız ailələrə pulsuz paylanıb).

«168 saat»ın regional nəşr olaraq ən genişmiqyaslı və uzunmüddətli layihələrindən biri də 2006-2007-ci illərdə reallaşdırılan «QHT-lərlə tanışlıq» layihəsi olub. Layihə çərçivəsində Sumqayıtda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları barədə məlumat və reklam xarakterli yazılar dərc olunub, bu təşkilatların keçirdiyi ayrı-ayrı tədbirlər işıqlandırılıb.

Qəzetlər qrupunun regional nəşri olan «168 saat-Sumqayıt» hazırda ölkənin ən yüksək tirajlı, ən iri həcmli nəşrlərindən biridir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]