1692-ci il Yamayka zəlzələsi iyun ayının 7-də Yamaykanın Port Royal şəhərində baş vermişdir. 1959-cu ildəki qazıntılar zamanı limanda tapılmış olan cib saatı[1][2][3] zəlzələnin yerli vaxtla 11:43 radələrində baş verdiyini göstərir. [4]
Yamayka zəlzələsi | |
---|---|
Tarix | |
Episentrin yeri |
O zamanlar "Vest Hindistanın anbarı və xəzinəsi" və "yer üzündəki ən pis yerlərdən biri" kimi tanınan Port Royal müstəmləkəçi Yamaykanın əsas şəhəri və Amerika qitəsinin ən işlək və zəngin limanlarından biri, həmçinin Karib dənizində fəaliyyət göstərən bir çox şəxsi və quldurlar üçün ümumi ev və liman idi.
1692-ci il zəlzələsi şəhərin çox hissəsinin dəniz səviyyəsindən aşağı səviyyəyə enməsinə səbəb olmuşdur. Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 2000-ə yaxın insan, sonrakı günlərdə isə daha 3000 nəfər yaralanma və xəstəliklərə görə həyatını itirmişdir.[4]