Yamayka, Trinidad və Tobaqo, Dominikan Respublikası 1966 FİFA Dünya Kubokunun təsnifat oyunları ilə bu turnirin matçlarının üst-üstə düşməsi səbəbindən KONKAKAF Çempionatında iştirakdan imtina etdilər.
Kuba millisinə isə turnirin ev sahibi olan Qvatemala viza verməkdən imtina etmişdir.
Nəticədə Haiti və Niderland Antil adaları avtomatik olaraq final mərhələsinə vəsiqə qazanırlar[1].
Turnirin final mərhələsinə vəsiqə qazanmış 6 komanda tək bir qrupda toplandı. Hər komanda bir-biriylə yalnız 1 matç keçirdi. Qələbəyə görə 2, heç-heçəyə görə isə 1 xal verildi. Qrup sıralamasında ilk sıranı tutan komanda Çempionatın qalibi elan edildi. Son tura qədər xalları bərabər olan ev sahibi Qvatemalanı son qrup matçında 2-1 hesabı ilə məğlub edən Meksika millisi turnirin qalibi oldu.